Yeni Zelandiyada terrora məruz qalan məscidlər yenidən açıldı

17:51

23 Mart

lady gaga

Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktı baş vermiş Ən-nur və Linvud məscidləri araşdırmalardan sonra istifadəyə verilib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, terror nəticəsində 50 nəfərin həyatını itirdiyi Əl-nur və Linvud məscidləri bir həftə qapalı qaldıqdan sonra müsəlman icmaya təhvil verilib. Hər iki məscid tam təmir olunub.

 

Bildirilib ki, Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək.

Sizə maraqlı ola bilər