Yevlaxda ağır yol qəzası baş verdi. Ölən və yaralananlar var

10:39

14 Aprel

lady gaga

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “Kamaz” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb. Daha iki nəfər – Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı zərərçəkənlərin hamısı “Ford Transit”də olanlardır. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

//Report.az

 

Sizə maraqlı ola bilər