Yük maşını su kanalına aşdı, sürücü öldü – Azərbaycanda – FOTO

20:51

14 Mart

lady gaga

Ağsu rayonunda yol qəzası baş verib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

 

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

 

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər