Yunanıstanda parlament binası qarşısında qalmaqal

10:54

13 Yanvar

lady gaga

Yunanıstanda səsverməyə təqdim olunacaq qanun layihəsinə qarşı Həmkarlar İttifaqları ötən gün Afinada etiraz aksiya keçiriblər.

Aksiya zamanı nümayişçilərlə polis arasında dava baş verib.

Kommunist Partiyasına bağlı PAME etiraz yürüşündən sonra Synatgma Meydanında toplaşıb.

Polis göz yaşardıcı qaz ilə etirazçılara müdaxilə edib.

Aksiyalara qatılan Kommunist Partiyası lideri Dimitris Kutsumbas bu sözləri deyib:

“Onları xəbərdar etdik. İndiyə qədər qazanılan əmək haqlarını ayaqlar altına almayacaqlar və tətil hüququnu ləğv etməyəcəklər. Xalq bunlar üçün sonuna qədər mübarizə aparacaq”.

Sizə maraqlı ola bilər