Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

14:57

20 İyun

lady gaga

Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. Onun sözlərinə görə, C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

 

Qeyd edək ki, bu məlumatı ilk olaraq “Qafqazinfo” yazıb. Saytın yazdığına görə, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin  uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

 

C. Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur.

//APA

Sizə maraqlı ola bilər