Zamiq konserti haqda danışdı: “Heç kimi dəvət etməmişəm” – FOTOLAR

16:34

13 Noyabr

lady gaga

20 noyabr Opera və Balet Teatrında solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan müğənni Zamiq Hüseynov həmin gün haqda açıqlama verib.

Konsert üçün hər gün məşq edən ifaçı hisslərini bölüşüb:

“Konsert üçün hər gün məşq edirik. Əslində həm asan, həm də çətindir. Həyəcan və sevinc hissini eyni anda yaşayıram. Orkestrla konsert vermək böyük arzum idi. Bu istəyimə çatmağım mənim üçün böyük işdir. Eyni zamanda sənətimdə də yenilikdir. Düşünürəm ki, bu işin öhdəsindən gəlməliyəm. Məşq edirik ki, hər şey daha da yaxşı olsun”.

O, konsert üçün hazırlanan repertuardan danışıb:

“Klassik, retro, bəstəkar və öz musiqilərimiz səslənəcək. Öz mahnılarımdan ikisini ifa edəcəyəm. Bunlar “Kaman” və “Sən necə də gözəlsən”dir. Konsertdə sırf simfonik orkestra yaraşacaq mahnılar səsləcək”.

Müğənni həmkarlarını gecəyə dəvət etmədiyini bildirib:

“Sənət yoldaşlarımdan heç kimi dəvət etməmişəm. Bu konsertin ərsəyə gəlməsi qısa zaman ərzində baş verdi. İstəmədim kiməsə əziyyət verim. Çünki bütün konsertlərimdə həmkarlarım iştirak edib. Bundan sonra da məni tək qoymayacaqlar. 3 və ya 4 aydan sonra Heydər Əliyev adına Sarayda növbəti konsertim olacaq”.

Z.Hüseynov biletlərin qiymətini də açıqlayıb:

“Konsert 1 saat 40 dəqiqə və ya saat yarım olacaq. Bilet qiymətləri isə 10-50 AZN arasıdır”.

İfaçı həmkarları ilə küsülülüyünə də aydınlıq gətirib:

“Hər kəslə münasibətim yaxşıdır. Sadəcə olaraq bu aralar öz işlərimə başım qarışıb. Çünki bu böyük məsuliyyətdir. Bu işin altından yaxşı çıxmaq sənətim üçün uğur olacaq”.

Teymur Məmmədov

Foto: Nurlan Gülməmmədov

PrimeTime.Az

 

Sizə maraqlı ola bilər