Məşhur xanım müğənninin əri haqqında ŞOK İDDİA: “Dələduz idi…”

12:18

18 İyun

lady gaga

Ötən həftə tanınmış türk müğənni Zerrin Özer özündən 28 yaş kiçik sevgilisi Murat Akıncı ilə nikah masasına oturub.

 

Primetime.az xəbər verir ki, ifaçının Zekeriyeköydə yerləşən villasında baş tutan mərasimlə dünya evinə girən cütlüyün xoşbəxtliyi uzun çəkməyib. Belə ki, M. Akıncının keçmiş sevgilisi olduğunu iddia edən Seda adlı  qadın “Kanal D”də yayımlanan “2. Sayfa” proqramının canlı yayımına qoşulub. İkilinin fotolarını gördükdən sonra proqramla əlaqə qurduğunu bildirən qadın şokedici fikirlər səsləndirib. O, “Akıncı 16 noyabr 1984-cü ildə doğulub. Özünü mənə Mahmut Atalay adı ilə tanıdıb. Qardaşı Amerikada oxuyurdu. Onun sənədlərini həll etdik, eləcə də tanış olduq. Məndən 1000 Türk Lirəsi borc aldı. Axşama verəcəm dedi, həqiqətən də verdi. Bu inam yaratmaq üçün atılan addım idi. Sonra bir gün “qardaşım üçün pul lazımdır” dedi. O qədər çox pul transferi olub ki aramızda… Eyni zamanda anası da “çox kömək etdi, Allah köməyin olsun” deyir. Özlərini olduqca zəngin ailə kimi göstərirdilər. Təhdidlər başladığı zaman onu tanıdım. 1.5 il ərzində məndən aldığı pulun miqdarı 400 min Türk Lirəsi oldu. Zerrin Özer ilə fotolarını gördükdə çox sevindim. 2016-cı ildən bəri axtarıram. Əlimdə çox sübut var ki…” – deyə fikir səsləndirib.

 

Proqramın aparıcısı Gülşen Yüksel isə verdiyi açıqlamada “Murat Akıncı tərəfindən dələduzluğa məruz qalan daha 3 nəfər var” deyib.

Sizə maraqlı ola bilər