Burada sizin reklamınız ola bilər

Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum oldu
14 Noyabr 2019 , 13:36

Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum oldu


Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum olub.

 

Daxili İşlər Nazirliyindən Primetime.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 22-də rayon ərazisindəki evlərin birindən 2259 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

 

Ü.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi olan digər şəxslə (bu il vəfat edib) bir mağazadan 300 manat, orada quraşdırılmış ödəmə terminalından isə 456 manat oğurlaması da müəyyən edilib.

SİZƏ MARAQLI OLA BİLƏR