Burada sizin reklamınız ola bilər

Zərdab sakinindən 4 kiloqram marixuana götürülüb
14 Noyabr 2019 , 14:35

Zərdab sakinindən 4 kiloqram marixuana götürülüb


Zərdab sakinindən narkotik vasitə götürülüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR