Burada sizin reklamınız ola bilər

Piyadanı vurub qaçan sürücü tutuldu
14 Noyabr 2019 , 16:15

Piyadanı vurub qaçan sürücü tutuldu


Noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.

 

Primetime.az DİN-ə istinadən xəbər verir ki, nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR