Burada sizin reklamınız ola bilər

Bakıda GÜCLÜ YANĞIN:10 nəfər zəhərləndi
15 Noyabr 2019 , 09:12

Bakıda GÜCLÜ YANĞIN:10 nəfər zəhərləndi - 5-i uşaqdır/VİDEO-FOTO


Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Primetime.az-a bildirilib ki, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

 

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".

 

****

05:20

Ötən gecə Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

 Primetime.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb.

 

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı ikinci məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SİZƏ MARAQLI OLA BİLƏR