Burada sizin reklamınız ola bilər

Balakəndə 6 manata görə QƏTL
15 Noyabr 2019 , 09:58

Balakəndə 6 manata görə QƏTL - 25 yaşlı oğlan öldürüldü


Balakən rayonunda qətl hadisəsi baş verib.

 

Primetime.az Trend-ə istinadən xəbər verir ki, rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcünü istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.

 

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Z.Layıcov şübhəli şəxs qismndə saxlanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR