Burada sizin reklamınız ola bilər

Ödəniş kartlarından istifadə edənlərin nəzərinə
19 Noyabr 2019 , 19:37

Ödəniş kartlarından istifadə edənlərin nəzərinə


Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib.

 

Primetime.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

İndiyə qədər kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən  avadanlıqlar vasitəsilə həyata keçirilib. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılıb. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilib.

 

Dəyişikliyə əsasən, təmassız ödənişlər belə əməliyyatları dəstəkləyən bankomat, POS-terminal və ya digər ödəniş terminalları vasitəsilə həyata keçiriləcək. Emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq. Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi və ya emitentin kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq etdiyi digər üsulların istifadə edilməsi ilə həyata keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR