Burada sizin reklamınız ola bilər

Azərbaycan qızıl və gümüş istehsalını artırıb
20 Noyabr 2019 , 14:55

Azərbaycan qızıl və gümüş istehsalını artırıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 111,2 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,3% çoxdur.

 

Primetime.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 3 218,1 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,1% artıb.

 

Metal filizlərinin hasilatı:

 

Məhsul növləri

2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

1 720,4

133

Qiymətli metal filizləri və konsentratları, kq

6 329,3

114,4

o cümlədən:

qızıl

3 111,2

107,3

gümüş

3 218,1

122,1

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR