Burada sizin reklamınız ola bilər

Azərbaycanın qazdan əldə etdiyi gəlir 46% artıb
20 Noyabr 2019 , 17:13

Azərbaycanın qazdan əldə etdiyi gəlir 46% artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 8,7 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur.

 

Primetime.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,82 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 46,2%-lik artım deməkdir.

 

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR