Burada sizin reklamınız ola bilər

“Həzi Aslanov” stansiyasının eskalatoru təmir olunur
15 Yanvar 2020 , 14:57

“Həzi Aslanov” stansiyasının eskalatoru təmir olunur


"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

 

Qurumdan Primetime.az-a verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

 

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.

 

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR