Burada sizin reklamınız ola bilər

Qaxda arvadı ilə mübahisə edən ər xəsarət alıb
15 Yanvar 2020 , 23:14

Qaxda arvadı ilə mübahisə edən ər xəsarət alıb


Qax rayonunda həyat yoldaşı ilə mübahisə edən kişi xəsarət alıb.

 

Primetime.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ləkit kəndində qeydə alınıb. 

 

Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Fərrux Əliyev yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edən zaman xəsarət alıb. Döş qəfəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olan F.Əliyevə yardım göstərilib, kəsilmiş yaraya tikiş qoyulub və ambulator müayinə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR