İtaliya C seriyası klublarından olan "Pergolettese"nin sabiq prezidenti Andrey Miçel koronavirusdan dünyasını dəyişib.
Primetime.az xəbər verir ki, iki həftə əvvəl karantinə yerləşdirilən 37 yaşlı keçmiş klub rəhbərinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Andrey Miçelin rəhbərəliyi ilə klub çempion olub və C seriyasına yüksəlib. O, 2016-cı ildə postundan gedib.