Burada sizin reklamınız ola bilər

14 mindən çox avtomobil postlardan geri qaytarılıb
31 Mart 2020 , 12:49

14 mindən çox avtomobil postlardan geri qaytarılıb - RƏSMİ


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 30-u saat 8:00-dan martın 31-i saat 8:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 

İdarədən Primetime.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

 

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsi geri qaytarılıb.

 

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

 

Martın 19-dan 31-i saat 8:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, martın 24-dən 31-i saat 8:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

 

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə bu günədək 14 min 236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdlərinin qarşısı alınıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR