Burada sizin reklamınız ola bilər

Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi
31 Mart 2020 , 12:59

Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi


Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

 

Bu barədə Primetime.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

 

Belə ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2 000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR