Burada sizin reklamınız ola bilər

Beyləqanın mədəniyyət müəssisələrində təkrar dezinfeksiya işləri aparılıb
06 Aprel 2020 , 11:28

Beyləqanın mədəniyyət müəssisələrində təkrar dezinfeksiya işləri aparılıb - FOTO


Xüsusi karantin müddətində və qeyri-iş günlərində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. Epidemiya ilə əlaqədar tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz tədbirlər görülür.

 

Primetime.az xəbər verir ki, bu məqsədlə Beyləqan rayon Mədəniyyət Mərkəzində təkrarən rayonun Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dəhlizlər, otaqlar və avadanlıqlar dezinfeksiya edilib.

 

Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR