Burada sizin reklamınız ola bilər


09 Aprel 2020 , 15:16

"Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020"nin icrasına başlanılır


Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının icrasına start verir.

 

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Primetime.az-a verdiyi məlumata görə, proqramın əsas məqsədlərindən biri gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaradılmasıdır.

 

Proqramda iştirak etmək istəyən gənclər iştirakçı anketini dolduraraq, aprelin 30-dək rashadmusayev85@gmail.com və gencliderproqrami@gmail.com ünvanlarına göndərməlidirlər.

 

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.

 

İddiaçılar üçün meyarlar bunlardır: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı, ictimai fəal, 18 - 25 yaşlı, təşkilatçılıq, ünsiyyət və əlaqə qurmaq bacarığına, geniş dünya görüşünə, komanda ilə iş bacarığına malik, Azərbaycan vətəndaşı olmalıdır.

 

Namizədlər siyahısına daxil edilmiş hər bir gənclə onlyan formada müsahibə aparılacaq. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər birinin elektron poçtuna və mobil telefon nömrəsinə sms göndəriləcək.

 

Qeydiyyat üçün bu linkə (https://docs.google.com/forms/d/1x8Z4nkfGKxx9Eul4X...) daxil olmaq lazımdır. İştirakçıları anketi doldurduqdan sonra gencliderproqrami@gmail.com elektron poçtuna göndərməlidirlər.

 

Proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR