Burada sizin reklamınız ola bilər

OPEC+ neft hasilatının azaldılması ilə bağlı qərarını açıqladı
09 Aprel 2020 , 23:05

OPEC+ neft hasilatının azaldılması ilə bağlı qərarını açıqladı


OPEC+ ölkələri may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaltmaq barədə razılığa gəliblər.

 

Primetime.az Report-a istinadla xəbər verir ki, bu barədə “TASS”a mənbə məlumat verib.

 

Qeyd olunub ki, neft hasilatının gündəlik 10 milyon barel azaldılması razılşadırılıb.

 

“Plana əsasən, cari ilin may-iyun aylarında neft hasilatı gündəlik 10 milyon barel, ilin sonuna qədər kvota gündəlik 8 milyon barel azaldılmalıdır. 2021-ci ilin aprel ayının sonunadək isə gündəlik 6 milyon barelə qədər enməlidir”.

 

Qeyd edək ki, artıq Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR