Burada sizin reklamınız ola bilər

Dünya bu ölkədən danışır:
09 Aprel 2020 , 23:21

Dünya bu ölkədən danışır: hər bir koronavirus xəstəsi sağaldı


Danimarkaya bağlı muxtar bölgə olan Qrönlənddə koronavirusa yoluxan hər kəs bu xəstəlikdən sağalıb. 


Primetime.az xəbər verir ki, 80 min əhalisi olan ölkədə 770 nəfər koronavirus testindən keçib. Onların 11-nin isə koronavirusa yoluxduğu aşkarlanıb.

 

Son 4 gün ərzində bölgədə heç bir yoluxma faktı qeydə alınmayıb. Yoluxan xəstələrin hər biri isə sağalıb. 


Qeyd edək ki, bu bölgədə koronavirus aşkarlandığı gündən karantin tətbiq edilib. Ölkəyə giriş və çıxışlar bağlanıb. 10 nəfərdən artıq insanın toplaşmasına izn verilməyib. Məişət zorakılığının da qarşsının alınması üçün paytax Nuuk-da alkoqol ticarəti qadağan edilib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR