Burada sizin reklamınız ola bilər

Karantin dövründə silsilə konsertlər olacaq
11 Aprel 2020 , 12:30

Karantin dövründə silsilə konsertlər olacaq


Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 pandemiyası səbəbindən dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək məqsədilə silsilə konsert proqramlarının təşkilinə başlayıb.

 

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin konsert proqramları Fondun facebook sosial şəbəkə səhifəsi (https://www.facebook.com/AzDiasporaFund/) üzərindən canlı yayımlanacaqdır.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən  Primetime.az-a verilən məlumata görə, ilk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu Karen Danger-Manafzadə aprelin 11-də Bakı vaxtı ilə saat 22:00-da çıxış edəcəklər.

 

Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev isə aprelin 13-ü saat 18:00-da Paris şəhərindən konsert proqramı ilə çıxış edəcək. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan A.Quliyev fleytada ifa edəcək. 

 

Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova aprelin 16-sı saat 22:00-da Nyu-York şəhərindən fortepiano ifası ilə çıxış edəcək. 

 

Bildirək ki, N.Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. Aprel ayının 18-i saat 19:00-da isə tanınmış pianoçu Səidə Zülfüqarova Paris şəhərindən konsert proqramı ilə çıxış edəcəkdir. 

 

Qeyd edək ki, proqram karantin müddətində davam edəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR