Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.
Uşaqların anası Mirzəyeva Çiçəyin Primetime.az-a verdiyi məlumata görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.
Mirzəyeva Çiçək bildirir ki, onun işlədiyi yerə tanımadığı qaraçı qadın gəlir. O, qızın vəziyyətinə acıdığı üçün ona yemək alır. Sözügedən naməlum qadının da qucağında uşaq olduğu üçün öz evini onlara açır. M.Çiçək işdə olarkən ondaa uşaqlarına nəzarət etməsini istəyir və qarşılığında onun qarnını doyuzdurmağı və qalmağa icazə verəcəyini vəd edir.
Səhəri gün Çiçək işdə olarkən evə zəng edib və zəngləri cavabsız qalıb. Evə gələndə heç kimi evdə tapmayıb.
Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.
Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.