Bakıda qəza baş verib.
Primetime.az-ın məlumatına görə, hadisə Neftçilər metrosu yaxınlığında olub.
Belə ki, qarpız daşıyan yük maşını qəza edərək aşıb və məhsullar ətrafa dağılıb. Qəza nəticəsində sürücü ağır yaralanıb.
Hadisə yerinə polis əməkdaşları gəlib.