Burada sizin reklamınız ola bilər

Millimizin futbolçusu koronavirus testindən keçdi
02 May 2020 , 11:46

Millimizin futbolçusu koronavirus testindən keçdi


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb. 

 

Primetime.az-ın məlumatına görə, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.

 

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR