Burada sizin reklamınız ola bilər

Milli Kitabxanada telekonfrans keçirildi
02 May 2020 , 14:43

Milli Kitabxanada telekonfrans keçirildi


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin uzadılması ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunan telekonfrans keçirilib.

 

Primetime.az xəbər verir ki, müdiriyyətin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda Milli Kitabxananın koronavirus dövründə fəaliyyəti təhlil edilib və may ayının 5-dən sonra görüləcək işlərin əsas istiqamətləri və bu fəaliyyətdə iştirak edə biləcək işçi kontingentinin tərkibi müzakirə olunub.

 

Kitabxananın direktoru Kərim Tahirov qarşıdakı dövrdə kollektivin qarşısında duran vəzifələrlə bağlı iştirakçılara ətraflı məlumat verərək, əsas vəzifənin minimum sayda əməkdaşları işə cəlb etməklə Milli Kitabxananın işinin lazımi səviyyədə qurmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

 

Sonda direktor bütün iştirakçıların qarşıdakı dövrdəki əmək fəaliyyətləri ilə bağlı suallarını virtual rejimdə cavablandırıb və onlara növbəti iş dövründə uğurlar arzulayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR