Burada sizin reklamınız ola bilər

Millimizin üzvü Macarıstan klubu ilə müqaviləsini uzatdı
04 May 2020 , 10:34

Millimizin üzvü Macarıstan klubu ilə müqaviləsini uzatdı


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti mövsümü də hazırda çıxış etdiyi Macarıstanın “Vaşaş” klubunda keçirəcək.

 

Primetime.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

 

Bildirilib ki, 27 yaşlı voleybolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
 

Qeyd edək ki, Ayşən Abduləzimova 2019-cu ilin sentyabrından “Vaşaş”da çıxış edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR