Burada sizin reklamınız ola bilər

Məşhur modelyer Çindən üzr istədi
12 Avqust 2019 , 14:19

Məşhur modelyer Çindən üzr istədi


Dünyaca məşhur italyan brendi “Versace”nin sahibi olan Donatella Versace Çindən üzr istəyib.

 

Primetime.az xəbər verir ki, buna brendin son təqdim etdiyi məhsullarda “Hong Kong və Makaonun müstəqil ərazilər” kimi göstərilməsi səbəb olub. Belə ki, qısa və uzun qollu geyimlərdə bəzi şəhərkər və ölkələr qeyd edilib. Lakin Çinin Honq Konq bölgəsi ilə Makao bölgəsinin iki müstəqil ərazi kimi göstərilməsi çinli sosial media istifadəçilərinin sərt reaksiya verməsinə səbəb olub.

 

Şirkət sözügedən məhsulların 24 iyulda geri qaytarılaraq məhv edildiyini bildirib. Donatella Versace daha sonra “Facebook” hesabından “Şirkətimizin buraxdığı və hazırda sosial mediada müzakirə olunan uğursuz səhv üçün çox təəssüf edirəm. Heç vaxt Çinin milli suverenliyinə olan hörmətdə səhv etmək istəməmişəm. Bu xətaya görə şəxsən üzr istəmək istədim” – deyə paylaşım edərək üzr istəyib.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR