Burada sizin reklamınız ola bilər

Şəhriyar Məmmədyarov 4 saata 21 qələbə qazandı
06 May 2020 , 10:09

Şəhriyar Məmmədyarov 4 saata 21 qələbə qazandı


Mayın 3-də Şəhriyar Məmmədyarovun gənclər üçün keçirdiyi  şahmat üzrə seans yekunlaşıb.

 

Primetime.az xəbər verir ki, 3 ölkədən və 9 ştatdan idmançılar burada iştirak ediblər.

 

Azərbaycanı 2 gənc və perespektivli şahmatçı - Ziya Həsənli və Elvin Baim seansda təmsil ediblər. Həmçinin, ABŞ idmançısı olan 10 yaşlı Ryo Çen ölkə çempionu olub. O, həmyerlimiz Rəşad Babayevin tələbəsidir.

 

Qeyd edək ki, turnirdə 21 oyun keçirilib. Şəhriyar Məmmədyarov bu görüşlərin hamısında qələbə qazanıb. İdmançımız 4 saat ərzində bütün rəqiblərinə qalib gəlib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR