Şəmkir rayonunun Çinarlı qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Primetime.az “Report”a istinadən xəbər verir ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Qüdrət Xəlilov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hər iki yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.