Burada sizin reklamınız ola bilər

Haqverdiyevin 150 illik yubileyi münasibətilə İndoneziyada poçt markası nəşr edildi
06 May 2020 , 14:16

Haqverdiyevin 150 illik yubileyi münasibətilə İndoneziyada poçt markası nəşr edildi


Azərbaycan rеalist ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin geniş şəkildə qeyd olunmasına dair Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin imzaladığı 31 yanvar 2020-ci il tarixli, 1784 saylı sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı Səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən poçt markası nəşr edilib.

 

Səfirlikdən Primetime.az-a verilən məlumata görə, nəşr edilən poçt markasının üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı arxa fonda “Şuşa qalası” təsvir olunmuşdur.

 

“İndoneziya Poçt Dövlət Şirkəti” ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılmışdır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR