Burada sizin reklamınız ola bilər

İncəsənət layihəsindən əldə olunan vəsait KMDF-yə ianə edildi
06 May 2020 , 21:30

İncəsənət layihəsindən əldə olunan vəsait KMDF-yə ianə edildi


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib. 

 

Primetime.az xəbər verir ki, layihə çərçivəsində Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilib.

 

Əsərlər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılıb. Auksion aprelin 30-da başa çatıb və əsərlərin hər biri satılıb.

 

Auksiondan əldə olunan vəsait tam olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR