Burada sizin reklamınız ola bilər

Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
11 Avqust 2019 , 12:25

Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

 

Primetime.az xəbər verir ki, Kreml Sarayının saytında yerləşdirilən təbrik məktubunda dövlət başçısı müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərli olduğunu bildirib.

 

“Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, – deyə V. Putin məktubunda bildirir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR