Burada sizin reklamınız ola bilər

Millətlər Kuboku: Teymur Rəcəbov növbəti dəfə məğlub oldu
08 May 2020 , 19:27

Millətlər Kuboku: Teymur Rəcəbov növbəti dəfə məğlub oldu


Bu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.

 

Primetime.az xəbər verir ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb. 

 

Azərbaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla qarşılaşıb. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1. 

 

Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

 

Hindistan -  Dünya yığması - 2.5:1.5 

Vişvanatan Anand - Teymur Rəcəbov - 1:0 

Santoş Vidit - Alireza Firuzca - 0:1 

Pentala Harikrişna - Xorxe Kori - 1:0 

Harika Dronavali - Mariya Muzıçuk - 0,5:0,5

 

Günün digər qarşılaşmasında Çin Avropa komandasını, ABŞ isə Çini eyni hesablarla üstələyib. Dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək. 

 

Hazırda Çin 13 xalla liderdir, 9 xalı olan ABŞ və Avropa komandaları 2-3-cü yerləri bölüşdürürlər. 5 xala malik Rusiya 4-cü, 4 xalı olan Hindistan isə 5-cidir. Dünya yığması 2 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR