Burada sizin reklamınız ola bilər

Teymur Rəcəbov Millətlər Kubokunda ilk qələbəsini qazandı
09 May 2020 , 21:33

Teymur Rəcəbov Millətlər Kubokunda ilk qələbəsini qazandı


Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.

 

Primetime.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması son 2 turda Rusiya və Avropa komandaları ilə üz-üzə gəlib. Hər iki görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Birinci lövhədə oynayan Rəcəbov ilk görüşündə rusiyalı Vladislav Artemyovu yenib. 

 

Bu, 35 yaşlı qrossmeysterin Millətlər Kubokunda ilk qələbəsi olub. O, son qarşılaşmasında isə fransalı Maksim Vaşyö-Laqravla heç-heçə edib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR