Burada sizin reklamınız ola bilər

Qələbə günü ilə bağlı virtual sərgi keçirildi
09 May 2020 , 21:57

Qələbə günü ilə bağlı virtual sərgi keçirildi


Mədəniyyət Nazirliyi 9 May - Qələbə gününə həsr olunan “Azərbaycanın Böyük Vətən Müharibəsi illərində verdiyi töhvələr” adlı virtual sərgi təqdim edib.

 

Primetime.az xəbər verir ki, sərgidə Azərbaycan Milli İncəsənət, Azərbaycan Milli Xalça, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət, İstiqlal muzeyləri və Üzeyir Hacıbəylinin, Bülbülün, Səməd Vurğunun ev-muzeylərinin fondlarından materiallar təqdim olunub.

 

Sərgi aşağıdakı bölmələrdən ibarətdir:

- Müharibənin başlanması. Böyük Vətən Müharibəsinin ilk günlərində Azərbaycanda əhalinin səfərbər edilməsi

- Arxa cəbhədə çalışan işçilərin əməyi. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!"

- Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının cəbhədə göstərdiyi şücaət

- Milli hərbi birləşmələri

- Elm işçilərinin düşmən üzərində qələbəyə töhfəsi

- Səhiyyə işçilərinin düşmən üzərində qələbəyə töfhəsi

- Mədəniyyət və incəsənət işçilərinin töfhəsi

- Böyük Vətən Müharibəsi illərində nümayiş etdirilən qəhrəmanlıqlar barədə xatirələrin əbədiləşdirilməsi

 

Virtual sərgi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılması ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar muzeylərin müəyyən vaxt müddətinə bağlı olduğunu nəzərə alınaraq hazırlanıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR