Burada sizin reklamınız ola bilər

FIFA dünya çempionatını təxirə saldı
12 May 2020 , 14:41

FIFA dünya çempionatını təxirə saldı


FIFA futzal üzrə dünya çempionatını təxirə salıb. 

 

Primetime.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada keçiriləcək. Yarış 2021-ci il 12 sentyabr - 3 oktyabrda olacaq. 

 

FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb. 

 

U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR