Burada sizin reklamınız ola bilər

Azərbaycan taekvondoçularının qatılacağı yarışlarla bağlı qərar verildi
12 May 2020 , 21:34

Azərbaycan taekvondoçularının qatılacağı yarışlarla bağlı qərar verildi


Beynəlxalq Taekvondo Federasiyasının (ITF) İdarə Heyətinin videokonfransı keçirilib.

 

Primetime.az xəbər verir ki, bu barədə "NTV Spor"a Türkiyə Taekvondo Federasiyasından məlumat verilib.

 

ITF prezidenti Çunqvon Çuenin başçılığı altında təşkil olunan iclasa Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax da qatılıb.

 

Toplantıda bir sıra vacib qərarlar qəbul olunub. Böyüklər arasında bu il keçirilməli olan qitə çempionatlarının 2021-ci ilin may ayına qədər təşkilinə icazə verilib. Həmin ilin mayında Çinin Usi şəhərində planlaşdırılan dünya çempionatı sentyabr ayına təxirə salınıb.

 

Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə keçirilməsi və dünya çempionatı səbəbindən 2021-ci ildəki bütün Qran-pri yarışları ləğv olunub.

 

2020-ci ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiyada baş tutmalı olan gənclər arasında dünya çempionatı ilə bağlı qərar avqustun 15-də veriləcək. Böyük Dəbilqə turnirinin final mərhələsi əvvəlki kimi bu ilin dekabrında olacaq.

 

İclasda həmçinin yeniyetmələr arasında 2021-ci il dünya çempionatının Sofiyada, gənclər arasında dünya birinciliyinin Seneqalın paytaxtı Dakarda təşkilinə qərar verilib. 2022-ci ildəki Qran-pri yarışlarına isə müvafiq olaraq Sinqapur, İngiltərə və İordaniya ev sahibliyi edəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR