Burada sizin reklamınız ola bilər

Əməkdar artist ailəliklə koronavirusa yoluxubmuş
12 May 2020 , 22:54

Əməkdar artist ailəliklə koronavirusa yoluxubmuş - VİDEO


Gənc tamaşaçılar teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva ailə üzvləri ilə birlikdə koronavirus infeksiyasına yoluxub.  

 

Primetime.az xəbər verir ki, artıq sağalaraq xəstəxanadan evə buraxılan aktrisa xəstəlik müddətini və müalicə prosesində yaşadıqlarını XəzərXəbər-lə bölüşüb.

 

Şəfəq Əliyeva deyir ki, yaxın günlərdə itirdiyi həyat yoldaşı Xalq artisti Rafiq Əliyevin dəfnindən qayıtdıqdan sonra bütün ailə üzvlərinin halı pisləşib, onların hamısının hərarəti qalxıb. Qızı ilə onun vəziyyəti daha ağır olub.

 

Onlar 18 gün xəstəxanada müalicə alandan sonra karantin şərtlərinə əməl etmək şərtilə evə buraxılıblar. Şəfəq Əliyeva sağlamlığını tibb işçilərinə borclu olduğunu deyir.

 

Əməkdar artist kornovirus infeksiyasının daha da yayılmaması üçün insanlardan evdə qalmağını, dezinfeksiya qaydalarına əməl etməyi xahiş edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR