Burada sizin reklamınız ola bilər

Formula 1 Azərbaycan Qran prisi bu tarixdə keçiriləcək
13 May 2020 , 15:00

Formula 1 Azərbaycan Qran prisi bu tarixdə keçiriləcək


2020-ci ildə Formula 1 Azərbaycan Qran prisinin keçiriləcəyi tarix hələki müəyyənləşdirilməyib.

 

Bu barədə Primetime.az-a  Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

 

Bildirilib ki, Formula 1 şirkəti çempionatın 2020-ci il üçün yeni təqvimini hələ elan etməyib.

 

Bu istiqamətdə BŞH ilə Formula 1 şirkəti arasında daim təmaslar davam etdirilir. Yarışın tarixi müəyyən olunan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Həmçinin qeyd olunub ki, hazırda yarışla bağlı Bakı şəhərində hər hansı tikinti işi aparılmır. Yarışın tarixi müəyyən olunduqdan sonra tikinti işlərinə başlanması mümkündür.

 

Qeyd edək ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR