Burada sizin reklamınız ola bilər

Xalq artisti oğlunu evləndirə bilmir:
14 May 2020 , 13:48

Xalq artisti oğlunu evləndirə bilmir: "25 yaşlı bir oğlum var, o da evlənmək istəmir"


“25 yaşlı bir oğlum var, o da evlənmək istəmir. Deməyin ki, hələ tezdir. Siz elə deyirsiniz, o, indi eşidəcək”.

 

Primetime.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova Xəzər telekanalında yayımlanan “5/5” verilişində deyib. Sənətkar canlı efirdə oğlu Rəhimin evlənmək istəmədiyindən gileylənib:

 

“İstəyirəm ki, Rəhimin ailəsi, övladları olsun. Oğlum IT mütəxəssisidir. Evi, işi var. Bütün gənclər kimi fikirləşir. Deyir ki, hələ tezdir. İstəyirəm ki, Rəhim ailə qurduqdan sonra ayrı yaşasınlar. Onların işlərinə qarışmayacağam. Öz işlərimlə məşğul olacağam”.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR