Burada sizin reklamınız ola bilər

Pərviz Bakıya gələ bilmədi
14 May 2020 , 14:34

Pərviz Bakıya gələ bilmədi


Bu gün günorta saatlarında “Kobra” ləqəbli kik-boks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi.

 

Primetime.az news24.az-a istinadən xəbər verir ki, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəliş təxirə salınıb.

Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys təxirə salınıb.

 

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV8-in rəhbəri, aparıcı Acun Ilıcalıya təşəkkür edib. O, sosial şəbəkədə Dominikan Respublikasında təyyarənin havaya qalxdığı anların görüntüsünü yayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR