Burada sizin reklamınız ola bilər

Məşhur müğənninin oğlu vəfat etdi
14 May 2020 , 15:13

Məşhur müğənninin oğlu vəfat etdi - FOTOLAR


ABŞ-ın məşhur müğənnilərindən olan Melissa Etericin 21 yaşlı oğlu Beket Sayper opiat aludəçiliyi nəticəsində vəfat edib.

 

Primetime.az xəbər verir ki, bu barədə 58 yaşlı ifaçı sosial media hesabından məlumat verib. O, paylaşımında "opiat aludəçiliyi səbəbi ilə sevdiklərini itirən yüz minlərlə insan arasına qatıldım. Oğlum Beket sadəcə 21 yaşındaydı və aludəçiliklə mübarizəni itirdi. Onu xilas etmək üçün nə edə bilərdik bilmirəm. Bildiyim tək şey artıq dərmanlardan xilas olduğudur. Qəlbim parçalanır...Onu sevən hər kəs çox darıxacaq. Sevginizi və kədərinizi hiss edirəm, minnəttaram" - deyə qeyd edib. 

 

Səhnələrə geri dönəcəyini bildirən Eteric "yaxında yenidən mahnılar oxuyacağam. Bu məni hər zaman sağaltdı" deyib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR