Burada sizin reklamınız ola bilər

Xatirə:
14 May 2020 , 15:45

Xatirə: "Məni öldürmək rahatdır, qorxutmaq yox"


"Məni öldürmək rahatdır, nəinki qorxutmaq! Allahdan başqa heç kəsdən qorxmuram. Mən Azərbaycan xəritəsini iki dəfə fırlanmışam. Bütün bölgələrdə konsertlərdə olmuşam. Mədəniyyət Nazirliyində çalışanlar nə dərəcədə bizi qəbul edir, qiymətləndirir?" 

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam İnstaqramda açdığı canlı yayımda deyib. Sənətçi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyi ilə bağlı keçirdiyi əməliyyatı xatırladaraq sənətinə qiymət verilmədiyini vurğulayıb:

 

"Onlar barədə danışmağı özümə sığışdırmıram. Çünki sənətçiyəm! Mədəniyyət Nazirliyin keçirdiyi tədbirlərin telefonumda videosu var, çıxışında Azərbaycan dilində danışır, kobud bir səhv edir. Əbülfəs Qarayev mənə yüzə yaxın diplom verib. 
 

Hələ bir məsələ var. İşdən çıxan barədə yazırıq, mülklərini sadalayırıq. Bunu vaxtında deməyə qorxursuz. Niyə? Çünki hələ kresloda əyləşib? Yıxılanı baltalamayın”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR