Burada sizin reklamınız ola bilər

Müğənni
14 May 2020 , 20:47

Müğənni "4 öpüş qanunu"ndan bəhs etdi


Türkiyənin məşhur müğənnisi İrem Derici atasının "4 öpüş qanunu"ndan bəhs edib.

 

Primetime.az xəbər verir ki, canlı yayıma qonaq olan İrem Derici ailədə 4 öpüş qanunun mütləq olduğunu vurğulayıb. O bildirib ki, hər öpüş bir hissi təmsil edir:

 

"Birinci öpüş əldən - bu hörmətdir. İkincisi alından - bu mərhəmətdir. Üçüncüsü yanaqdan - bu dostluqdur. Dördüncüsü isə dodaqdan - bu intim həyatdır". 

 


Müğənni həm valideynləri, həm də özünün uğursuz evliliyinin bitməsinin səbəbini bu öpüşlərdən birini itirməkdə görüb:

 

"Ailələrdə adətən ilk olaraq dördüncü gedir. Ümumiyyətlə, hansı olur olsun, hansısa bir öpüşü itirsəniz, o ailədə aqresiya və dava başlayır". 

 

Qeyd edək ki, müğənni 2014-cü ildə radio aparıcısı Rıza Esendemir ilə ailə həyatı qurub və 2016-cı ildə boşanıb. Onun ailəsinin bitməsinin səbəbi isə birinci öpüşün, yəni hörmətin itirilməsi olub. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR