Burada sizin reklamınız ola bilər

Kərim efirdə ağladı:
18 May 2020 , 11:55

Kərim efirdə ağladı: "10 il əvvəl dəlixanada yatmışam" - VİDEO


Müğənni Kərim Abbasov Xəzər telekanalında yayımlanan “Ay Zaur” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, çətin və ağır keçən həyatından danışan sənətçi qardaşını və atasının acı taleyindən söz açıb:

 

“Gülənin min dərdi olur. Həyatım çox ağır keçib. Gülmüşəm ki, heç kim məni ağlayan görməsin. 2006-ci ildə iki yaş məndən kiçik qardaşım postlardan birində avtomobil qəzası keçirmişdi - maşını “KamAZ”la toqquşmuşdu. Eyni məhəllədə yaşayan dörd dostun dördü də həmin qəzada dünyasını dəyişdi. Həyətdə hamı özünü itirmişdi. Bilmirdilər, kimin yasına getsinlər. Atam fəhlə, anam isə bağça müəlliməsi olub. Deyirlər ki, insanın saçı bir günə ağara bilər. Bu kəlməni eşitmişdim, amma görməmişdim. Həmin gün atamın saçı ağardı. Anam zəng vurub dedi ki, qardaşın ölüb. Meyitini də anam özü gətirdi. Evə gələndə heç atamın xəbəri yox idi. Qardaşımın meyiti evə gətiriləndə dedik ki, oğlun dünyasını dəyişib.

 

Atam bir il bundan əvvəl, may ayının 26-da - 69 yaşında rəhmətə getdi. O, 1995-ci ildə miokard infarktı keçirmişdi, əməliyyat olundu. Ölümündən 5-6 ay öncə müalicə olunurdu. Biz elə bilirdik ki, onun problemi ürəyi ilə bağlıdır. Amma böyrəkləri fəaliyyətini itirmişdi. Atamın vəziyyəti getdikcə ağırlaşırdı. Onu böyrəyindəki problemə görə itirdik”.

 

Kərim daha sonra başına gələn hadisədən söz açıb:

 

"10 il bundan öncə iki ay dəlixanada yatmışam. Dərdim həddən artıq çoxdur. Böyüklərimə qulaq asmamışam. Ağzımı bağlamışdılar, gözüm kor olmuşdu. Mən bu həyata insan olmaq üçün gəlmişəm, pislik etmək üçün yox. Heç kim deyə bilməz ki, Kərim mənə pislik edib, pulumu kəsib”.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR