Burada sizin reklamınız ola bilər

Samirə Əfəndi:
18 May 2020 , 13:05

Samirə Əfəndi: "Karantin istədiklərimizi etməyə imkan vermədi" - VİDEO


"Eurovision 2020" təmsilçimiz olan müğənni Samirə Əfəndi "YouTube"də bloqer Nikki de Yagerlə həmsöhbət olub.  

 

Primetime.az xəbər verir ki, o bu il ifa etməyi planlaşdırdığı “Kleopatra” mahnısından söz açıb:

 

“Mahnım güclü qadın haqqındadır. Bu mahnı insanlara bir mesajdır ki, həyatda heç bir üzüntülərə baxmayaraq, məqsədinizə doğru gedin. Gözəl sabahın açılacağına mütləq inanın. Ən doğrusunu qəlbinizdəki səs sizə deyəcək. O səsə inanıb, onu dinləmək lazımdır”. 

 

Daha sonra Nikki Samirənin “Eurovision” səhnə tərtibatı, geyimi və perfomansının necə olacağından bəs etməyini istəyib:

 

“Bizim çoxlu düşüncələrimiz və planlarımız var idi. Sadəcə karantin elan olduqdan sonra hər şey dayandı. Tam dəqiq necə olacağını əfsuslar olsun ki, deyə bilməyəcəyəm. Çünki o ərəfəyə gəlib çatmadıq. Amma dəqiq onu deyə bilərəm ki, klipdəki bəzi elementlər səhnədə də olacaqdı. Açıb demək istəmirəm, bu hansı elementlər idi. Çünki düşünürük ki, bu il istifadə etmədiyimiz həmin o elementləru gələn il səhnədə nəhayət ki, ərsəyə gətirə biləcəyik. Amma çoxlu qızıl elementləri olacaq. Axı qadına yaraşan elə qızıllardır”.

 

Samirə müsahibəsində gələn il oxuyacağı mahnısından da bəhs edib:

 

“Fərqi yoxdur, hansı tərzdə mahnı oxuyacağam. Bu, dinamik musiqi də ola bilər, həzin ballada da. Əsas odur ki, insanlara öz mesajımı çatdıra bilim və qəlblərə toxunum”.  

 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə bu il “Eurovision” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları ötən gecə tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR